Prosineçki: Klubların baş məşqçilərindən bu taktika ilə oynamağı xahiş edə bilmərəm
26 fevral 2015 01:25
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki bəyan edib ki, komandasının Ukrayna "Şaxtyor"u ilə yoxlama görüşündə (1:2) 4-1-4-1 taktikası ilə çıxış etməsindən razıdır. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı bunları söyləyib:
"Mənə elə gəlir ki, taktika özünü doğrultdu. Komanda müdafiədə diqqətli oynadı və güclü əks-hücumlar qurmağa çalışdı. Oyunçularımızın yeni taktikaya, oyun sxeminə tez alışan olduqlarını düşünürəm. Bu baxımdan problem olacağını düşünmürəm. Amma bütün klubların baş məşqçilərindən bu taktika ilə oynamağı xahiş edə bilmərəm".