Millimiz İrlandiyaya biabırçı hesabla uduzdu
26 fevral 2015 01:15
İrlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Nikolay Adamın çalışdırdığı millimiz İrlandiyanın müvafiq yaş qrupundan ibarət komanda ilə üz-üzə gəlib.
Matç futbolçularımız üçün kifayət qədər uğursuz alınıb. Belə ki, İrlandiya 6 cavabsız qolla qalib gələrək, millimizin üzvlərini biabır edib.