AZAL-ın sabiq futbolçusu özünə Bolqarıstanda klub tapdı
26 fevral 2015 00:55
AZAL-ın sabiq yarımmüdafiəçisi Toni Kostadinov özünə yeni komanda tapıb. Azerisport.az xəbər verir ki, 24 yaşlı xavbek karyerasını Bolqarıstanın "Minere" (Pernik) klubunda davam etdirəcək.
Qeyd edək ki, bu komanda Bolqarıstanın gücünə görə 3-cü liqasında çıxış edir.
Qeyd edək ki, Kostadinov AZAL-a mövsümün əvvəlində gəlsə də, yanvarda göndərilmişdi.