Freddi Mombonqo: Neftçiyə məğlub olmağa layiq deyildik
26 fevral 2015 00:45
AZAL-ın hücumçusu Freddi Mombonqo Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış "Neftçi" ilə oyunda üzləşdikləri məğlubiyyəti şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu məğlubiyyətə layiq deyildik. Amma birinci hissədəki uğursuz çıxışımız qol buraxmağımızla nəticələndi. Özüm qol vurmağa yaxın olsam da, alınmadı. Avrokuboklarda çıxış etmək istəyiriksə, sabit oynamalıyıq. Növbəti turda "Bakı"ya qarşı uğurlu oynayıb, vəziyyəti düzəltməliyik".