Markeviç: Bu, Qarabağda seleksiya işlərinin yaxşı qurulmasından xəbər verir
25 fevral 2015 13:30
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Azərbaycan çempionu "Qarabağ" barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanda yaxşı futbolçular çoxdur. Ölkənin ən yaxşı klubu isə "Qarabağ"dır. Bu komandada əsas rolu legionerlər oynayır. Bu, komandada seleksiya işlərinin yaxşı qurulmasından xəbər verir".