Millimiz Şaxtyora uduzdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 18:00-da başlayan görüş millimizin məğlubiyyəti ilə başa çatıb. Hər hissədə 1 qol vuran rəqibi futbolçularımız cəmi bir dəfə məyus edə biliblər.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar millimiz meydana qara sarğı ilə çıxıb. Qarşılaşmadan öncə isə 1 dəqiqəlik sükut elan olunub.
Yoxlama oyunu
24 fevral
Azərbaycan - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2 (1:1)
Qollar: Kosta, 37 (0:1). N.Ələsgərov, 44 (1:1). İsmaili, 67 (1:2)
Azərbaycan: Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov, Məhəmməd Qurbanov.
İkinci hissədə isə millimiz bu heyətlə oynayıb: Emil Balayev, Elvin Camalov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ruslan Abışov, Coşqun Diniyev, Elvin Məmmədov, Rəşad Eyyubov, Vüqar Nadirov (k), Ağabala Ramazanov.
"Şaxtyor": Andrey Pyatov, Sergey Krivtsov, İvan Ordets, Yaroslav Rakitski, Vyaçeslav Şevçuk, Taras Stepanenko, Fred, Marlos, Kosta, Dentinyo, Luis Adriano.