Bakının azarkeşləri ilə Cavid Hüseynov arasında dava düşdü
2 fevral 2015 00:20
Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilmiş "Bakı" - "Qəbələ" oyunu qalmaqalla yadda qalıb. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin fanatları ilə qonaqların yarımmüdafiəçisi Cavid Hüseynov arasında xoşagəlməz hal yaşanıb.
Belə ki, hələ oyunun gedişi zamanı bakılılar Cavidin ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Hətta bir dəfə Hüseynov həmin söyüşlərdən birinə cavab da qaytarıb.
Oyun başa çatandan sonra isə futbolçu ilə azarkeşlər arasında dava düşüb. Davanın böyüməsinə asayiş keşikçiləri mane olublar.