Ayaz Mehdiyevin komandası darmadağınla uduzdu
1 fevral 2015 20:20
Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası - "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Samsunspor"u qəbul edib. Qarşılaşma futbolçumuzun komandasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Ayazın adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Girəsunspor" hazırda 24 xalla 9-cu pillədə qərarlaşıb.