Elbrus Məmmədov: Oyunçularımız əzmkarlıq göstərdilər
1 fevral 2015 19:20
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Düşünürəm ki, gərgin, maraqlı oyun alındı. Bilirdik ki, rəqib hava mübarizəsində yaxşı oynayır. Bizim oyunçularımız əzmkarlıq göstərdilər. Futbolçulara təşəkkür edirəm. “Simurq”a gələcək oyunlarda uğurlar arzu edirəm”.