Robert Prosineçki: Neftçi gözlədiyim kimi oynamadı
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilmiş oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakı"nın futbolçuları "Qəbələ" ilə oyunda çox çalışsalar da, qələbəni qonaqlar bayram etdilər. Bu da onların təcrübəsinin çoxluğu sayəsində alındı. Amma oyunun elə də yaxşı alındığını deməzdim. "Neftçi"dən AZAL ilə görüşdə gözlədiyim oyunu görə bilmədim. AZAL-ın futbolçuları daha yaxşı təsir bağışladılar. "İnter" "Sumqayıt"la oyuna böyük üstünlüyə malik olsa da, qol vura bilmədi. Belə görünür ki, kiçik klublar daha yaxşı oynamağa çalışırlar".
"Kamran Ağayevin "Qəbələ"dən getməsindən xəbərim var. Baxaq, görək o, hansı kluba keçəcək. Səlahət Ağayev yaxşı formadadır. Malta ilə oyunda hansı daha yaxşı formada olsa, qapıda o duracaq".