Emil Balayevin komandasını darmadağın etdilər
1 fevral 2015 15:15
Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Frayburq"la qarşılaşıb. Oyun 4:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Frankfurtluların heyətində qapını 90 dəqiqə ərzində Kevin Trapp qoruyub. Emilin adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 23 xalla 9-cu yerdə qərarlaşıb.