Kamran Ağayev Türkiyədə
1 fevral 2015 13:30
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, onun tezliklə PTT 1-ci liqa klublarından biri ilə müqavilə bağlaması gözlənilir.
Hazırda futbolçu Adana şəhərindədir. Bu üzdən də Ağayevin məhz bu şəhərin təmsilçilərindən birinə keçməsi gözlənilir. Amma onun dəqiq hansı kluba - "Adana Dəmirspor" və ya "Adanaspor"a keçəcəyi bilinmir.
Qeyd edək ki, Kamran bu gün "Qəbələ" ilə rəsmən yollarını ayırıb.