Qranada İsrafilovsuz qələbə qazandı
1 fevral 2015 12:15
İspaniya çempionatında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Elçe" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda zədəsini sağaltmaqla məşğul olan Eddi bu üzdən matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 18 xalla 17-ci pillədə qərarlaşıb.