Popoviç: İnterlə heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim
31 yanvar 2015 13:30
"Sumqayıt"ın qapıçısı Andrey Popoviç Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən oyunla bağlı bunları söyləyib:
"Biz heç vaxt "İnter"ə qalib gəlməmişik. Rəqibimiz Türkiyədəki toplanışdan sonra daha yaxşı vəziyyətdə idi. Müdafiədən oynadıq. Fikrimcə, bizim uğurlu oyun oldu, heç-heçə edə bildik. Deməzim ki, bu heç-heçə qələbəyə bərabərdir. Hər halda layiq olduğumuz xalı qazandıq".