Lippert Hindistan millisinin baş məşqçi postuna namizəddir
31 yanvar 2015 12:30
AFFA-nın texniki direktoru, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq baş məşqçisi Bernard Lippert Hindistana gedə bilər. Azerisport.az xəbər verir ki, hindistanlılar 17 yaşadək futbolçulardan ibarət komandanı məhz almaniyalı mütəxəssisə həvalə etmək istəyirlər.
Bu barədə Hindistan mətbuatı məlumat yayıb.