Qəbələ Abışovu Rubindən aldı
31 yanvar 2015 12:00
"Qəbələ" ilə Rusiyanın "Rubin" klubu arasında gedən uzunmüddətli danışıqlardan sonra azərbaycanlı futbolçu Ruslan Abışovun transferi ilə bağlı müsbət nəticə əldə olunub. Azerisport.az xəbər verir ki, xeyli müddət idi icarə əsasında millimizin üzvünün xidmətindən yararlanan bölgə klubu onun transfer hüququnu da almağa nail olub.
Qeyd edək ki, Abışovun kazanlılarla müqaviləsinin bitməsinə yarım il qalmışdı. Ruslanın bu gün "Qəbələ" ilə şəxsi müqavilə imzalaması gözlənilir. Artıq onun sənədləri Peşəkar Futbol Liqasına göndərilib.