Cihan Özkara: Simurqun Avroliqaya çıxmasına kömək etmək istəyirəm
30 yanvar 2015 18:30
"Simurq"un yeni transferi Cihan Özkara bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sivasspor"la 2016-cı ilədək müqaviləm var. "Simurq"a 4 aylıq icarəyə verilmişəm. Burda oynayacağıma görə şadam. Komandamın Avropa Liqasına çıxmasına kömək etmək istəyirəm. Ümid edirəm ki, faydalı olacağam".