İnter hollandiyalı hücumçu ilə maraqlanır
30 yanvar 2015 16:45
Bakı "İnter"i heyətinə daha bir hollandiyalı futbolçu qatmağa çalışır. Azerisport.az xəbər verir ki, bank təmsilçisi Hollandiyanın ikinci liqasında çıxış edən "Oss" klubunun forvardı Kevin van Vinin xidmətində maraqlıdır.
23 yaşlı hücumçunu Azərbaycan klubu ilə yanaşı, "Skantrop Yunayted, "Milluol" və "Şeffild Yunayted" komandası da istəyir. (Telegraaf)