Fotoreportaj|Video|На русском

Futbol

Jaba: Qazandığım uğurları təkrarlamaq istəyirəm

30 yanvar 2015 16:00

“Bakı” futbol klubunun yeni kapitanı Jao Silvinho de Carvalho (Jaba) klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Qış hazırlıq prossesini Bakıda keçirdiniz. Hazırlıq prossesini necə keçdi?
- Hazırlıq prossesində çox istəkli idik. Bu mövsüm komandamızda biraz problemlər var. Biz gənc komandayıq. Ona görə də yüksək yerlər uğrunda mübarizə apara bilmədik. Amma inanıram ki, bəzi çətinliklər aradan qaldırılacaq və siz gələn mövsümdən əvvəlki “Bakı”nı görəcəksiniz. Bilirsiniz ki mən öncələr də 3 il bu komandada oynamışam. Bu komanda ilə çempion olmuşam. Mövsümün ən yaxşı oyunçusu seçilmişəm. UEFA kubokunda Play-off oynamışam. Qazandığım uğurları təkrarlamaq istəyirəm. Hər bir rəqibin komandama hörmətlə yanaşmasını, çəkinməsini görmək istəyirəm. Özümü evimdəki kimi hiss edirəm.

- İlk gəldiyiniz “Bakı” ilə indi gördüyünüz “Bakı” arasında hansı fərqlər var?
- O vaxtlar komandamızda maliyyə baxımından vəziyyət daha yaxşı idi. Hər il komandaya güclü legioner futbolçular dəvət edilirdi. Hər mövqedə yüksək səviyyəli futbolçular çıxış edirdilər. Hal-hazırda vəziyyət dəyişib. Buna baxmayaraq mən burada çox xoşbəxtəm. Əksinə bu dəfəki gəlişimdə komandaya daha da gərəkli olduğumu görürəm. Komandada yerli gənc futbolçular çoxluq təşkil edir. Onların hamısı yaxşı futbolçulardır. Meydançada çox qaçırlar, istəklidirlər. Onlara tez-tez öz məsləhətlərimi verirəm. Təcrübəmi bölüşürəm. Təcrübələri az olduğundan bəzən səhvlərə yol verirlər. Bu futbolda normal haldır. Birdən-birə futbolçu olmurlar. Yavaş-yavaş, öyrənərək performans göstərəcəklər. İnşallah bir-iki ildən sonra onların içindən çox yaxşı futbolçular çıxacaq. Məşqçilərimiz də mənə tövsiyyə edirlər ki, gənclərlə meydanda danışım. Biz birlikdə bir komanda üçün çalışırıq. Bizim fərqimiz də bundadır. Çünki başqa şansımız da yoxdur. Bu heyətlə bu çempionatda oynamalıyıq.

- Azarkeşlər əvvəlki Jabanı nə vaxt görəcəklər?
- (Gülür) İndiki “Bakı”da oynamaqla o dönəmki komandada oynamaq arasında kəskin fərq var. Bu komanda gənclərdən təşkil olunub. Gənclərin əhatəsində uğurlu oyun göstərmək çox çətindir. Əvvəllər mənim üçün daha asan idi. Ətrafımda təcrübəli futbolçular cəmləşmişdi. Komandamızda heç bir problem yox idi. Amma Jaba dəyişməyib, elə həminkidir.
 

- Son oyunda kapitanlıq sarğısı sizin qolunuzda idi…
- Mənim 33 yaşım var. Bu yaşda kapitan olmağım normaldır. İki il bundan qabaq bu komandada oynadığım vaxtlarda hər kəsin rəğbətini qazanmışdım. Rəqiblər məndən və komandamdan çəkinirdilər. Yəqin ki əsas səbəb bu olub. Digər tərəfdən mən məşqlərdə və oyunda komanda yoldaşlarıma bir böyük kimi istiqamət verirəm. Yəqin ki, bu xasiyyətimə görə məni seçiblər. Bu mənim məsuliyyətimi daha da artırıb.

- Qarşıda “Qəbələ” ilə oyun var.
- Hal-hazırda komandanın heyətində yüksək əhval-ruhiyyə hökm sürür. Oyunun öz meydanımızda olması bizə əlavə üstünlük verir. Biz gənclərlə birgə daha çox qaçaraq, daha çox mücadilə edərək bu oyunda qələbə qazananaraq çempionatda dönüş etmək istəyirik. Qələbə qazansaq rəqiblərin bizə hörmətlə yanaşacağına şübhəm yoxdur.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah