Georgi Çixradze: Özkaranın ən qısa zamanda forma toplayıb, oynamasını gözləyəcəyik
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlığımız başa çatıb. Artıq "Xəzər Lənkəran"la oyunu düşünürük. Bu komandaya qarşı yaxşı oyun sərgiləmək istəyirik. Rəqib düşərgədə baş verənlərə baxmayaraq, bu komandanı zəif və ya güclüyə bölmürük. Komandamı oyuna kökləməyə çalışıram. Rəqibin güclü və zəif tərəflərini də nəzərə almaq lazımdır. Qış fasiləsindən sonrakı ilk rəsmi oyunumuz olduğuna görə, matçın gərgin keçəcəyini düşünürəm.
Cihan Özkaraya gəlincə, onu komandamıza kömək etmək üçün çağırmışıq. Yenicə müqavilə imzalayıb. Onun ən qısa zamanda forma toplayıb, oynamağa başlamasını gözləyəcəyik".