Tyeqo: Azərbaycanda heç bir fiziki çalışmayla məşğul olmurdum
30 yanvar 2015 13:15
"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Tyeqo etiraf edib ki, əvvəlki fiziki göstəricilərini bərpa etməkdə çətinlik çəkir. Azerisport.az xəbər verir ki, o, Braziliyaya qayıtdıqdan sonra ölkəsinin mətbuatına bunları söyləyib:
"İl ərzində Azərbaycan çempionatında oynasam da, demək olar ki, heç bir fiziki çalışmayla məşğul olmadım. Mənə tam hazır olmağım üçün daha çox vaxt lazımdır".