Kiril Kovalçuk: Azərbaycanı seçsəydim, Ukrayna yığmasına dəvət almayacaqdım
Ukraynanın "Çernomorets" klubunun sabiq yarımmüdafiəçisi Kiril Kovalçuk "Qəbələ"yə keçməkdən imtina edib, Xarkov "Metallist"ini seçməsinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, o, Ukrayna mətbuatına açıqlamasında bunları söyləyib:
"Metallist"i seçdim. Hesab edirəm ki, bu, karyeramda irəliyə doğru bir addımdır. Komandanın böyük hədəfləri var. Bu komanda ilə birgə daha da inkişaf etmək imkanım olacaq. Xarkov klubunu seçməyimə təsir edən daha bir amil, burada oynamaqla millinin məşqçilərinin diqqət mərkəzində olmaq şansı qazanmağımdır. Bu, mənim üçün çox vacibdir. Yığmada olmuşam və bundan sonra da Mixail Fomenkonun kmandasında yer almaq istəyirəm. Azərbaycan və ya Özbəkistana getsəydim, belə bir şansım olmayacaqdı. Adətən, belə çempionatlardan yığmaya oyunçu dəvət etmirlər. Ən azından mən belə bir təcrübəni xatırlamıram".