4 oyun, 4 aşkar favorit
30 yanvar 2015 12:30
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” bu turun mərkəzi oyununda "Simurq"u "Xəzər Lənkəran" ilə qarşılaşmanın favoriti hesab edir.
Baş tutacaq bütün görüşlərin əmsalları ilə aşağıda tanış ola bilərsiniz:
Topaz Premyer Liqası
19-cu tur
"İnter" - "Sumqayıt" (1.20 — 5.30 — 7.50)
AZAL - "Neftçi" (4.60 — 3.70 — 1.50)
"Bakı" - "Qəbələ" (5.00 — 3.50 — 1.50)
"Simurq" - "Xəzər Lənkəran" (1.45 — 3.60 — 5.50)