Əfran İsmayılov: Həkimlər dedi ki, oynamaq olmaz
30 yanvar 2015 12:15
"İnter"in yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək "Sumqayıt"la oyunu buraxacaq. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bildirib:
"Ötən gün məşq zamanı ağrılar hiss etdim. Həkimlər dedi ki, belə oynamaq olmaz. Amma növbəti oyunadək hazır olacağam. Zədəm elə də ciddi deyil".
Qeyd edək ki, "İnter" - "Sumqayıt" matçı bu gün "İnter Arena"da keçiriləcək və saat 16:00-da start götürəcək.