Anar Bəkirov: Bu gün Cihan Özkara ilə müqavilə imzalayacağıq
30 yanvar 2015 12:00
"Simurq" bu gün Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranı heyətinə qatacaq. Azerisport.az xəbər verir ki, Türkiyənin "Sivasspor" klubuna məxsus olan futbolçu Azərbaycan təmsilçisində icarə əsasında çıxış edəcək.
Məlumatı saytımıza açıqlamasında klub prezidenti Anar Bəkirov da təsdiqləyib: "Bu gün Cihan Özkara ilə müqavilə bağlayacağıq. Özkara özünü yaxşı tərəfdən göstərəcəyi halda, biz yayda "Sivasspor" rəsmiləri ilə masa arxasına əyləşməli olacağıq".