Ayntraxt əsas qapıçısı ilə yollarını ayırdı
30 yanvar 2015 11:45
Almaniyanın "Ayntraxt" klubu qapıçı Timo Hildebrandla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Emil Balayevin də çıxış etdiyi komandanın belə seçim etməsinə səbəb Kevin Trappla Feliks Vidvaldın zədəsini sağaldaraq sıraya dönməsidir.
Məşqçilər korpusu üçüncü qapıçı kimi məhz Balayevi görürlər. Bu üzdən də 35 yaşlı Hildebrandın göndərilməsinə qərar verilib.
Veteran qapıçının bundan sonra karyerasını başa vuracağı və ya davam etdirəcəyi bilinmir.