Bolqarıstanlı müdafiəçi Azərbaycanda oynaya bilər
30 yanvar 2015 11:30
Bolqarıstanlı müdafiəçi David Pençev karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Sofiyanın "Slaviya" klubunun yetirməsi olan futbolçu "Bansko"da baxışda olsa da, bəyənilməyib.
Bu üzdən də o, hazırda başqa variantları nəzərdən keçirir. Üç il öncə hətta İngiltərənin "Tottenhem" klubunun da maraq dairəsinə düşmüş müdafiəçi ilə Azərbaycandan başqa, İndoneziya və Avstriyadan maraqlanırlar.