İnter Sumqayıtla oyunda xal itirdi
Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün 2-ci yarısına start verilib. Azerisport.az xəbər verir ki, çempionatda 38 günlük fasilədən sonra 3-cü dövrənin ilk turunun qarşılaşmaları baş tutub.
Turun açılış matçında “İnter” “Sumqayıt”ı qəbul edib. Tərəflərin bütün səylərinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb.
Topaz Premyer Liqası
19-cu tur
30 yanvar
“İnter” - “Sumqayıt” - 0:0 (2-ci hissə)
Matçın 78-ci dəqiqəsində Y.Bokonyano penaltidən yararlana bilməyib - kənara.
Bakı. “İnter Arena”.
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 12. Franko Nildo, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 80. Nizami Hacıyev, 82. Ruben Sxaken, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavço Georgiyevski, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 19. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 90. Abbas Hüseynov.
Baş məşqçi: Kaxaber Sxadadze.
“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 17. Pərdis Fərcad-Azad, 45. Murad Ağayev.
Baş məşqçi: Aqil Məmmədov.
Turun digər oyunları: 31 yanvar - 15:00. AZAL - “Neftçi”. 1 fevral - 14:00. “Bakı” - “Qəbələ”, 17:00. “Simurq” - “Xəzər Lənkəran”.
Bombardirlər:
9 - Nurlan Novruzov ("Bakı")
8 - Mikel Alvaro (“İnter”)
7 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran ("Simurq")
6 - Franka Nildo ("İnter"), Rəşad Eyubov ("Simurq")
5 - Cavid Hüseynov ("Qəbələ"), Leroy Corc ("Qarabağ"), Dodo ("Qəbələ").