İnterdə yeni futbolçu
29 yanvar 2015 18:00
"İnter" klubunun rəhbərliyi yeni futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Tural Hümbətov növbəti 6 ay ərzində paytaxt klubunun heyətində çıxış edəcək.
Xatırladaq ki, futbolçunun son klubu "Araz Naxçıvan" olub.
Qeyd edək ki, "İnter" qış fasiləsində daha iki futbolçu - Əfran İsmayılov və Ruben Şakenlə müqavilə imzalamışdı.
Əlavə edək ki, bu gün hər üç futbolçu üçün sifariş ərizəsi Peşəkar Futbol Liqasına təqdim olunub.