Üçüncü dövrəyə start verildi
29 yanvar 2015 15:30
Bu gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 19-cu tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Üçüncü dövrənin açılış matçında “İnter” “Sumqayıt”ı məğlub edib.
Əvəzedicilərin çempionatı
19-cu tur
29 yanvar
“İnter” - “Sumqayıt” - 2:1
Qollar: Ülvi İbazadə, 8, Mirsahib Abbasov, 19 - Murad Ağayev, 38.