Qəbələnin sabiq hücumçusu Rumıniyada oynaya bilər
29 yanvar 2015 15:00
"Qəbələ"nin sabiq hücumçusu Andrey Kristya karyerasını Rumıniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla Rumıniyanın 1-ci Liqa təmsilçisi olan "Astra" və "Tarqu-Mureş" yaxından maraqlanır.
Kristyanın yaxın günlərdə bu klublardan aldığı təkliflərlə bağlı yekun qərar verməsi gözlənilir.
Qeyd edək ki, Dorinel Muntyanunun dövründə "Qəbələ"də çıxış edən Andrey ümidləri doğrultmadığına görə bu qış komandadan göndərilib.