Rəşad Sadıqov: Əvvəlki Reynaldonu bir ay sonra görə bilərik
29 yanvar 2015 13:33
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov komanda yoldaşı Reynaldonun hazırkı durumunu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Reynaldo hələ əvvəlki formasını bərpa etməyib. Prinsipcə, belə qısa müddət ərzində bu, mümkün də deyil. 2 ay əvvəl o, ciddi zədə aldı, müalicə olundu. Türkiyə toplanışı zamanı o, tədricən məşqlərə start verdi. Məşqçilər ona diqqətlə yanaşırlar, tələsmək istəmirlər, qorumağa çalışırlar ki, tam sağalsın. Reynaldo oyunlara çıxsa da, əvvəlki səviyyəsində deyil. Onun mövqeyində çıxış edən futbolçu gərək tam ideal formada olsun. Fikrimcə, bir ay sonra əvvəlki Reynaldonu görə biləcəyik".