AZAL Neftçi qarşısına 2 itki ilə çıxacaq
29 yanvar 2015 12:45
AZAL Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Tərlan Əhmədovun komandasında bu oyun öncəsi heç bir zədəli futbolçu yoxdur.
Sadəcə, Oskar Klava ilə Eduardo sarı vərəqə limiti doldurduğuna görə, bu qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, AZAL - "Neftçi" oyunu yanvarın 31-də "AZAL Arena"da keçiriləcək və saat 15:00-da start götürəcək.