Adrian Ropotan: Evdə oturmaqdansa, xaricdə çətinliyə dözmək yaxşıdır
29 yanvar 2015 12:35
"Qəbələ"nin yarımmüdafiəçisi Adrian Ropotan komandadakı dəyişikliklərlə bağlı Rumıniya mətbuatına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Dorinel Muntyanunun gedişindən sonra klub rəhbərliyi komandada bir sıra dəyişiklik etdi. Yeni baş məşqçi gəldi, yeni oyunçular gətirdi. Əlbəttə, çətindir, amma evdə oturmaqdansa, ölkə xaricində bir qədər dözmək yaxşıdır".