Qarabağ Syominin komandasına qalib gələ bilmədi
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxdı. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun komandası beşinci sınağında Rusiyanın "Mordoviya" klubu ilə qarşılaşdı.
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı bu komanda ilə görüş Bakı vaxtı ilə saat 13:00-da start götürdü.
Qeyd edək ki, "Qarabağ" bundan öncə Xorvatiyanın "Split" (1:3) və Bolqarıstanın "Levski" (0:3) klublarına uduzub, İsveçrənin "Sürix" komandası (1:1) ilə sülh bağlayıb, Polşa "Legiya"sına isə qalib gəlib - 2:0.
Yoxlama oyunu
29 yanvar
"Qarabağ" - "Mordoviya" - 0:0
"Qarabağ"ın start heyəti: Fərhad Vəliyev, Namiq Yusifov, Şəhriyar Əliyev, Hacı Əhmədov. İlqar Qurbanov, Tərlan Quliyev, Admir Teli, Tural İsgəndərov, Cavid Tağıyev, Namiq Ələsgərov, Danilo Dias.