Ufuk Budak üçün 45 dəqiqə
29 yanvar 2015 00:15
Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilir. Azerisport.az хəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda "Tuzlaspor"un qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk 46-cı dəqiqədə meydana çıхıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 1 xalla qrup sonuncusudur.