Fariz Nəcəfov: Kamrana görə bizə müraciət edən olmayıb
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Türkiyə toplanışının nəticələrindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlığın ikinci mərhələsinin şahidi oldum və hesab edirəm ki, uğurlu toplanış keçirdik. Yaxşı transferlər həyata keçirdik. Onlar yoxlama oyunlarında da göstərdilər ki, çempionatda bizə kömək edə biləcəklər. Roman Qriqorçukun futbolçulara münasibəti də xoşuma gəldi. Artıq transfer pəncərəsini bizim üçün bağlı elan etmək olar. İlk üçlüyə düşməyə köklənmişik və mövsümün sonunadək bu hədəfimizə çatmaq üçün mübarizə aparacağıq".
Klub rəsmisi qapıçı Kamran Ağayevə başqa klublardan təklif olub-olmadığına da aydınlıq gətirib: "Ağayevlə bağlı bizə heç kim müraciət etməyib. Futbolçunun özü də bizə bir söz deməyib".