Simurq Mirzağa Hüseynpuru heyətinə qatdı
28 yanvar 2015 17:30
"Simurq" transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, Zaqatala klubu bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb.
Sözügedən komanda "İnter"in hücumçusu Mirzağa Hüseynpuru icarə əsasında heyətinə qatıb. Mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq yarımmüdafiəçi "9" nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Simurq" transfer çalışmalarını dayandırmayıb. Yaxın günlərdə daha bir neçə futbolçunun keçidi rəsmiləşdiriləcək. (klub saytı)