Aslan Kərimov Almaniyaya gedir
28 yanvar 2015 16:45
Azərbaycan yığmasının sabiq məşqçisi Aslan Kərimov Almaniyaya səfərə hazırlaşır. Azerisport.az xəbər verir ki, o, Leverkuzen "Bayer"inin düşərgəsində olacaq və burada təcrübə keçəcək.
"Fevralın 7-dən 15-dək "Bayer"də təcrübədə olacağam. Baş məşqçi ilə görüşüm olacaq, çempionatın oyunlarına baxacağam. Bütövlükdə, klubda aparılan işləri izləyəcəyəm, ondan hesabat hazırlayacağam. Çünki mart ayında Pro lisenziya kursu ilə əlaqədar imtahan verməliyəm".