Qəbələnin sabiq hücumçusu Portuqaliya klubunda
27 yanvar 2015 16:30
"Qəbələ"dən ayrılan Yazalde Pinto özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, portuqaliyalı futbolçu bundan sonra ölkəsinin "Jil Visente" klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, müqavilə ilə "Braqa"ya məxsus olan futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək.
Pinto bu mövsümün əvvəlindən "Qəbələ"də icarədə idi.