Yığma komandaların mətbuat üçün açıq məşqi olacaq
27 yanvar 2015 16:15
Sərbəst, qadın və yunan-Roma güləşi üzrə ölkə yığma komandaları 2015-ci ilin təqvim planına əsasən hazırlıqlarını Olimpiya Güləş Mərkəzində (Excelsior otelin yanı) davam etdirir. Azerisport.az xəbər verir ki, 28 yanvar 2015-ci il tarixdə saat 10.00-da Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının mətbuat üçün açıq məşqi keçiriləcək.
Mətbuat nümayəndələri 2015-ci il üçün yığma komandaların hədəfləri və qarşıdan gələn yarışlar haqqında yığma komanda məşqçilərinin və aparıcı idmançıların fikirləri ilə tanış ola biləcək.
Açıq məşqin proqramı belədir:
Saat 10:00 - yunan-Roma güləşi üzrə yığma komanda
Saat 11:00 - qadın güləşi üzrə yığma komanda
Saat 11:30 - sərbəst güləş üzrə yığma komanda