Petar Zlatinov: Hazırda Azərbaycanda Qarabağa daha çox azarkeşlik edirlər
27 yanvar 2015 14:15
"İnter"in sabiq yarımmüdafiəçisi, hazırda Bolqarıstanın "Çerno More" klubunun şərəfini qoruyan Petar Zlatinov Azərbaycan karyerasından danışıb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Azərbaycanda oyunlara azarkeş axını aşağı səviyyədə idi. Orada futbolu elə də çox sevmirlər. Güləş, ağır atletikada isə vəziyyət tam fərqlidir. Futbolda oyunlara ən çox azarkeş yalnız Lənkəranda gəlirdi. Bütün stadionu doldururdular. "Neftçi"nin tərəfdarları çoxdur. Amma indi hazırda daha çox "Qarabağ"a azarkeşlik edirlər. Bu komanda son mövsümdə Avropa Liqasının qrup mərhələsində çıxış edib".