AFFA: Azərbaycan millisini heç kim danışılmış oyunda ittiham etməmişdi
27 yanvar 2015 14:00
AFFA Qazaxıstan mətbuatının bu ölkənin yığması ilə Azərbaycan millisi arasında AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş görüşü danışılmış oyun adlandırmasına münasibət bildirib. Azerisport.az saytına qurumun mətbuat xidmətindən verilən açıqlamalarda bunlar bildirilib:
"Azərbaycan yığmasını hələ heç kim danışılmış oyunlarda ittiham etməyib. Həm də bu oyunda hansı danışıqdan söhbət gedə bilər ki, ondan bir neçə gün sonra ölkəmizdə Azərbaycan futbolunun 100 illiyi qeyd olunacaqdı? Biz həmin oyunda qələbə qazanmaq istəsək də, Bakıya məğlubiyyətlə qayıtmalı olduq".