Sumqayıt İnterlə oyuna itkisiz hazırlaşır
27 yanvar 2015 13:30
Topaz Premyer Liqasında fasilə başa çatır. Azerisport.az xəbər verir ki, çempionatın 19-cu turu çərçivəsində "Sumqayıt" səfərdə "İnter"lə qarşılaşacaq.
Bu məqsədlə Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da hazırlığını davam etdirir. Heyətdə zədəli futbolçu yer almır.
Qeyd edək ki, "İnter" - "Sumqayıt" oyunu yanvarın 30-da saat 16:00-da "İnter Arena"da keçiriləcək. Qarşılaşma İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq. (klub saytı)