AFFA-nın növbəti Hesabat Konfransının gündəliyi açıqlandı
27 yanvar 2015 12:00
AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir martın 6-da Hilton otelində baş tutacaq və saat 11:00-da start götürəcək.
AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər