Ukrayna millisinin baş məşqçisi: Azərbaycan top klubları bizimkilərdən geri qalmır
27 yanvar 2015 11:00
Ukrayna yığmasının baş məşqçisi Mixail Fomenko ölkəsi ilə Azərbaycanın klublarını müqayisə edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Azərbaycandan söhbət gedirsə, bu ölkəni təmsil edən "Qarabağ"ın Avropa Liqasında "Dnepr"ə qarşı necə oynadığını yada salın. Fikrimcə, bu ölkənin top-klubları bizim əksər komandalarımızdan geri qalmır. Çünki onlar da qarşılarına daim avrokuboklarda oynamaq hədəfini qoyublar".