Millimiz mövqeyini qorudu
27 yanvar 2015 00:10
Futzal üzrə milli komandaların növbəti reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, yeni siyahıda Azərbaycan yığmasının mövqeyi dəyişməz olaraq qalıb.
Belə ki, millimiz yenə 1393 xalla 12-ci pillədə qərarlaşıb.
Azərbaycan Avropa ölkələri arasındakı mövqeyini də qoruyub. Yığmamız İspaniya, Rusiya, İtaliya, Portuqaliya, Ukrayna və Çex Respublikasının ardından 7-ci pillədə qərarlaşıb.
Yığmamızın AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Ukrayna (1472 xal) 7-ci, Belçika 29-cu (1197), Danimarka 57-cidir (902).