"Qarabağla oyuna uğursuz başladıq"
25 yanvar 2015 13:30
Bolqarıstanın "Levski" klubunun baş məşqçisi Stoyço Stoyev "Qarabağ"la yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesabıyla qalib gəldiyi görüşdən sonra bunları söyləyib:
"Hamıdan razıyam. "Qarabağ"la oyuna uğursuz başladıq. Amma sonradan hər şey bizim xeyrimizə dəyişdi. 50-ci dəqiqədən sonra 3:0 hesabda öndə olarkən oyunçularda arxayınlığın yaranması normal haldır. Toplanışın sonunda daha yaxşı oynayacağıq".