Qəbələ Haladaşa qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçda "qırmızı-qaralar" Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşıb.
Oyun Roman Qriqorçukun komandasının inamlı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki yoxlama oyunlarında Hollandiyanın PSV klubunun ikinci komandası ilə (0:0), Türkiyənin "Əskişəhərspor" (1:3) və "Adanaspor" (3:2), Ukraynanın "Vorskla" (2:1) və Rusiyanın "Kuban" (0:2) klubları ilə qarşılaşıb.
Yoxlama oyunu
25 yanvar
"Qəbələ" - "Haladaş" - 2:0 (1:0)
Qollar: Viktor Mendi, 27 (1:0). Emin Zamanov, 69 (2:0).
Qəbələ: Kamran Ağayev, Ruslan Abışov, Aleksandru Benqa, Ruslan Tağızadə, Adrian Ropotan, Sadiq Quliyev, Qismət Əliyev, Mixail Sivakov, Ekiqo Ehiosun, Tellur Mütəllimov, Viktor Mendi.