Qəbələ Macarıstan klubu ilə oyuna hazırdır
25 yanvar 2015 00:55
2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 20-ci gününü 1 məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.
Xatırladaq ki, "Qəbələ" bu gün - yanvarın 25-də təlim-məşq toplanışı çərçivəsində 6-cı yoxlama oyununu keçirəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçda "qırmızı-qaralar" Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşacaq. (klub saytı)